adalet.az header logo
  • Bakı -°C

Mərhum modelin evi 3,6 milyon dollara satışa çıxarıldı

44 | 2026-11-15 23:44
A- A+

Məşhur amerikalı model Presli Gerberin Los-Ancelesdəki evi vəfatından iki aydan az müddət sonra satışa çıxarılıb.

Adalet.az TMZ-yə  istinadən xəbər verir ki, Hollivud Hillsdə yerləşən mülk 3,595 milyon dollar qiymətində satışa qoyulub.

Təxminən 279 kvadratmetr sahəsi olan evdə dörd yataq otağı və üç vanna otağı var. Ərazidə qızdırılan hovuz, cakuzi, sauna, soyuq su vannası və ayrıca qonaq evi də yerləşir.

Presli Gerber evi 2023-cü ilin martında 3,4 milyon dollara almışdı.

Qeyd edək ki, supermodel Sindi Krouford və iş adamı Rande Gerberin oğlu olan Presli Gerber sentyabrın 20-də, 27 yaşında vəfat edib. Onun ölümünün səbəbi ilə bağlı araşdırma davam edir.

TƏQVİM / ARXİV