adalet.az header logo
  • Bakı -°C

Yüz ildən sonra... - FOTOLAR

111 | 2026-11-15 21:00
A- A+

 .... Dünyada elə insanlar var ki, rəhmətə gedəndən sonra da yaşayır, xatırlanır, yada salınır... Belə insanlardan biri də müəllimlər müəllimi Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində direktor işləmiş , Allahın dərgahına qovuşmuş Əvəz Əliş oğlu Əliyevdir. Əliş kişi Füzulinın, Bəhmənlinin ağsaqqallarından olub və onun oğlu Əvəz müəllim də atasının yolunu davam etdirərək həmin yolla addımlayıb. O, Bəhmənlidə həm böyük ziyalı,həm böyük ağsaqqal, həm də böyük müəllim kimi iz qoyub! Əvəz Əliyev yüz illik yubileyi oğlu  Qəhrəmana məxsus  " Şax " restoranında  noyabrın 15- də keçirilib.

Yubiley tədbiri çox möhtəşəm təşkil edilib. Bu tədbirdə Füzuli ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri, Əvəz müəllimlə bir yerdə çalışmış müəllimlər və böyük müəllimin yetişdirdiyi , həyata vəsiqə verdiyi  insanlar iştirak ediblər. Tədbiri uzun müddət Əvəz müəllimlə bir yerdə işləmiş Balaca müəllimin oğlu, böyük ziyalı və müəllim Əsəd Kazımov aparıb! Əsəd müəllim tədbir iştirakçılarına Əvəz Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun müəllim peşəsinə necə dəyər verməsindən danışıb.

Sonra ayrı- ayrı ziyalılara söz verib! Tədbirdə çıxış edən  müəllimlər müəllimi( o , mənim atamın ibtidai sinif müəllimi olub) Həqiqət Rzayeva deyib ki, Əvəz müəllim kimi məktəb direktorları xalqımızın tarixində əbədi yaşayacaq.O,çox qeyri-adi və istedadlı bir şəxsiyyət olub! Heç vaxt haqqı nahaqqa verməyib və bizim ürəyimizdə əbədi bir heykəl ucaldıb! Əvəz  müəllim yüz ildən sonra da  elə həmin şəxsiyyət, həmin insandı.Onun adı bizim məktəbin tarixinə qızıl hərflərlə yazılıb. Və biz bununla fəxr edirik. Tədbirdə  Füzuli rayonu Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Əvəz müəllimlə çiyin-çiyinə çalışmış Nurəddin Abbasov, Əhliman Babayev, Yunis Məmmədov,İsmayıl İsmayılov,  Böyük Bəhmənli kənd tam orta məktəblərin direktorları Solmaz Qənimətli,.Həsən Rzayev,  onun yetirmələri Natiq Şükürov, Təbriz Süleymanov, Zülfüqar Məmmədov, Barat Səfərov və başqaları çıxış edərək Əvəz  Əliyevin şanlı və işıqlı həyatından söhbət açıblar.

Onlar qeyd ediblər ki, Əvəz müəllimin yetirmələrinin arasında elmlər doktoru,professor, general, prokuror, hakim, məşhur şairlər, yazıçılar, jurnalistlər var! Onlar ölkəmizin tanınmış simalarındandır ! Əvəz Əliyev yüz ildən sonra belə bir sevgi ilə xatırlandı.

Tədbirin sonda onun oğlanları Qəhrəman, Mətləb, Rəhman Əliyevlər çıxış edərək atlarına yüksək qiymət verdiklərinə görə  rayon ictimaiyyətinə, iştirakçılara minnətdarlıqların bildiriblər! Böyük insanlar , millətin yoluna Günəş kimi işıq saçan ziyalılar, müəllimlər heç vaxt ölmürlər! O cümlədən müəllimlər müəllimi Əvəz Əliş oğlu Əliyev!!!

Emil FAİQOĞLU

TƏQVİM / ARXİV