adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Məleykə Əsədova: “Elə zamana gəlib çıxmışıq ki…”

1006 | 2024-04-29 09:38

Xalq artisti Məleykə Əsədova cəmiyyətdə rastlaşdığı problemlərdən danışıb.

Adalet.az bildirir ki, aktrisa ona yalan danışanları qınayıb:

“ Çox çətin zamandır. Əvvəl ikiüzlüləri qınayardıq.Elə zamana gəlib çıxmışıq ki, artıq ikiüzlü insanlara şükür edirik. Çünki indi daha çox 5-6 sifətli insanlar yaranıb.İnsan gərək qorxaq olmasın. Düz danışan insanın yanında olmaq lazımdır. İnsanı təhqir etmədən  ona həqiqətləri söyləmək olar. Mədəniyyətli insan üçün bu heç də çətin iş deyil. Ən əsas yalanı sevmirəm. Özüm də maxsimum həyatımda yalan olmamasə üçün mücadilə edirəm. Elə şey olur ki, onu demək lazım deyil. Belə olanda “ bilmirəm” düyib susuram. Amma yalandan heç kəs haqda dastan qoşmuram”.

Əntiqə

TƏQVİM / ARXİV