Milli Müdafiə Universitetinin hərbi kolleclərində qəbul davam edir - VİDEO
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində yaradılan 3 xüsusi təyinatlı hərbi kollecdən biri də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayan hərbi kollecdə tədris korpusları və sinif otaqları, yataqxana və digər inzibati binalar müasir avadanlıqlarla təchiz edilib.
Kursantların sağlamlığı və fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılması məqsədilə hərbi kollecdə idman zalı, futbol meydançası, müxtəlif idman qurğuları və digər obyektlər də mövcuddur.
Qeyd edək ki, Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul cari ilin may ayının 30-dək davam edir.
Digər Xəbərlər
01 Iyul 2026 12:17
Türkiyədəki səfirliyimizdə təhsil məsələləri üzrə müşavir təyin edildi
30 Iyun 2026 17:41
İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlanıb
30 Iyun 2026 12:15
"Müəllim özünü yazıq kimi görməməlidir" - Emin Əmrullayev
30 Iyun 2026 12:04
Şagird məktəbə telefon apara bilər? - Nazirdən açıqlama
30 Iyun 2026 10:59
Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
30 Iyun 2026 10:36
Sertifikasiyada yüksək nəticə göstərən müəllimlər bu qədər maaş alır - RƏQƏMLƏR
30 Iyun 2026 10:29
91 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib - Nazir açıqladı
29 Iyun 2026 18:55


Bakı -°C

