15 May 2024 19:33
1738
ƏDƏBİYYAT

Aprelin “Ulduz”u çap olunub

“Ulduz” jurnalının aprel sayı işıq üzü görüb.

Adalet.az xəbər verir ki, dərgi Xanım Anelanın “Özüylə söhbəti...” və hekayələri ilə açılır. 

“Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edib.

Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiqəsinin qalibləri bu sayda yer alıb. 

“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərlinin poetik nümunələri işıq üzü görüb.

“Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz.

“Qısa fikirlər xəzinəsi”ndə ənənəvi olaraq dühaların cümlələri yer alıb. 

“Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl-Şəlahın şeirlərini təqdim edib.

“Müsahibə” rubrikası Günel Natiq “SSS: Seyran Səxavətlə söhbət”i oxucularla bölüşüb. 

Sadiq Qarayevin “Düzülüş və mövcudluq” essesi də aprel sayında oxuculara təqdim olunub.

Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncənin bənzərsizliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açıb.

Xəyal Rzanın şeirləri “Dərgidə kitab”da işıq üzü görüb.

“Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.