adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Makronla Şoltsu barışdırmaq asan olmayacaq - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
491 | 2024-03-15 12:45

Polşanın baş naziri Donand Tusk, bu gün Berlində keçirilən görüşdə, Almaniyanın kansleri Olaf Şoltsla Fransa  prezidenti Emaniel Makronu bir araya gətirərək,  Ukrayna məsələsiylə bağlı aralarında yaşanan münaqişəni cözməyə çalışacaq. Bu barədə məlumat verən "Politikco" qəzeti yazır ki, Polşanın baş nazirinin bu cəhdi çətin ki, uğurla nəticələnsin.

 "Makronla Solts arasında münasibətlərin pozulması elə bir səviyyəyə çatıb ki, Polşanın baş nazirinin bu cəhdi özünü doğrultmaya bilər"- deyə qəzetin təqdim etdiyi materialda bildirilir.

 Jurnalistlər hesab edirlər ki, iki siyasətçi arasında yaranan münaqişə təkcə siyasi deyil, həm də şəxsi xarakter daşıyır.  Avropa Şurasının beynəlxalq əlaqələr üzrə eksperti Petr Buras da  bildirir ki, vasitəçi kimi Tusk çətin ki, bu münaqişəni həll etməkdə uğur qazana bilər.

  "Əvvala, iki dövlət lideri arasında yaşanan münaqişə Tuskun əli çata biləcək nöqtədə deyil. Makron və Şolts arasında artıq bir-birilərinə inamın itirilməsini bərpa etmək üçün, müxtəlif yanaşmalar olmalıdır"- deyə ekspert bildirib.

  Müəlliflərin fikirincə, ABŞ-da Donald Trampın yenidən hakimiyyətə mümkün qayıdışı, bu məsələni daha da gərginləşdirə bilər. Tramp prezident seçilərsə, Avropa Ukrayna müharbəsində Rusiya ilə təkbaşına qalacaq.

 Almaniya kansleri Ukrayna münaqişəsində  özünü sülh carçısı kimi göstərməyə çalışır, Fransa prezidenti isə əksinə, Rusiyaya qarşı kəskin mövqeyi ilə özünü daha çoc gözə  soxmaq istəyir. Bu   da Makron üçün əks effektə çevrilə bilər.

 "Responsible Statecraft" mətbu orqanı yazır ki, on illərdi davam edən alman-fransa əməkdaşlığı, Makron və Şolts arasında Ukrayna müharibəsi  ilə bağlı yaranan münaqişə səbəbilə bir anda pozulub. Berlin hesab edir ki,  Paris  Kiyevə ən az hərbi yardım göstərməsinə rəğmən, digər dövlətləri bu məsələyə tənbəl reaksiya  göstərməkdə günahlandırır.

 Polotico daha əvvəl də yazırdı ki, Kiyevə yardımla bağlı iki lider arasında yaşanan fikir ayrllıqları artıq düşmənçilik səviyyəsinə çatıb. Almaniya tərəfi hesab edir ki, Makron Ukrayna ilə bağlı qəti fikirlər söləsədə də, özü ən azından Şoltsun gördüyü işlər səviyyəsində heç nə etmir. Fransa prezidenti yalnız boş-boş çağırışlar etməklə məşğuldur.

 

TƏQVİM / ARXİV