adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Makron meydanda tək qaldı... -Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
609 | 2024-03-21 13:02

Boyük Britaniya Krallığının baş naziri Rişi Şunakın nümayəndəsi bildirib ki, Boyük Britaniya hökuməti öz ordusunu Ukraynaya göndərməyi düşünmür.

 ""Bizim Ukrayna hərbi qüvvələri  ilə çiyin-çiyinə döyüşmək üçün ordu göndərməklə bağlı planımız yoxdur"- deyə baş nazirin rəsmi nümayəndəsi bəyan edib.

 Rişi Sunakın dəftərxanası, Fransa prezidenti Emanuel Makronun Qərb dövlətlərinin Ukraynaya ordu göndərə biləcəyinin mümkünlüyü ilə bağlı bəyanatını səsləndirdikdən dərhal sonra, məsələyə aydınlıq gətirərək bildirib ki, Britaniya UHQ-nin tərkibində döyüşmək imkanlarının mümkünlüyünü təkzib edir.

  Bir gün əvvəl, martın 19-da İtaliyanın baş naziri Corca Meloni də, Fransa prezidentinin bəyənatını şərh edərkən bildirmişdi ki, NATO ordusunun Ukraynaya göndərilməsi vəziyyəti daha da qızışdıra bilər: "Biz nəyin bahasına olursa-olsun bundan qaçmalıyıq".

  Xatırladırıq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin də xəbərdarlıq etmişdi ki, NATO hərbiçilərinin Ukrayna cəbhəsinə göndərilməsinin ağır nəticələri olacaq. O, Qərbi NATO hərbi bazalarına nüvə silahları  ilə hücum edəcəkləri ilə təhdid etmişdi: "Rusiya, malık olduğu silahlarla alyansın bazaları olan əraziləri məhv etmək gücündədir".

 

TƏQVİM / ARXİV