adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Logo, logotip bilirsiz də yəqin? - İradə Tuncay yazır

İRADƏ TUNCAY
140650 | 2021-06-21 10:58

Logo, logotip bilirsiz də yəqin?... Mütləq bilirsiz. Hər hansı bir əmtəənin üstündə hansı loqonun olması onun necə alınacağına bırbaşa təsir edir. Və ya kimin hansı ölkədən olması da eynən belədi. Futbolçu məsələn --hardan gələndə qiymətli olur? Futbol ölkəsindən. Kino üçün hardan dəvət edirlər ? Yenə həmin ölkələrdən. Uşaqlar xaricdə oxuyub gələndə bəh-bəh eləmirik ? Hər ölkənin adı da öz qiymətini müəyyən edir.

İndi bu kompleksi anlaya bilmirəm. Niyə dava düşüb? Onların zabitləri burda çalışanda normal idi? Arxayın idik də... Böyük ölkədi də. Onlara söykənirik də. Bu qız niyə belə qıcıq yaratdı? Həə,hamı özü haqqında film istəyir? Gələcəkdə olar da. Biz də yekələndə. Bizim mətbuatımızdan xarici ölkələr istifadə edəndə, bizi də harasa dəvət edəndə.

Həə ,deyə bilərik ki,müharibə bizim idi. Doğru !!! Amma bizə istinadən xarici efirlərə çıxa bilmədik axı. Bölgəsəl güc həll edirdi çıxış imkanların.

Əsəbləşməyin. Miqyas həll edir hər şeyi... Onların köşə yazarları hara qədər nüfuz edir? Kim harda, nə qədər tanınır? 

TƏQVİM / ARXİV