İsrail İranın qaz yatağın VURDU - YENİLƏNİB

165 | 2025-06-14 21:26

İsrailin zərbəsindən sonra İrandakı Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.

Adalet.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

***19:30

İsrail İranın cənubundakı Cənubi Pars qaz yatağına xidmət edən obyekti vurub.

Adalet.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, İsrail obyektə hücum etmək üçün kiçik pilotsuz uçuş aparatından istifadə edib. Obyektdə yanğın baş verib, yanğınsöndürmə briqadaları hadisə yerində işləyir.

TƏQVİM / ARXİV