15 Iyun 2025 14:04
578
DÜNYA

İsrail Səhiyyə Nazirliyi: İranın zərbələrindən 15 nəfər ölüb, 385 şəxs yaralanıb

 İsrail xəstəxanaları dünən gecə İranın yeni zərbələri dalğasında yaralanan 385 nəfəri qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə 24 saat ərzində 12 nəfər ölüb, ümumilikdə isə İranın zərbələrinin başladığı 13 iyun axşamdan indiyə qədər İsraildə artıq 15 nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, xəsarət alanlardan 7 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır, 298 nəfərin vəziyyəti isə yüngüldür.