Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfər batıb.
Adalet.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Hacıyev İlqar Vüqar oğlu və 2008-ci il təvəllüdlü Qarayev Sabir Rizvan oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Yazarın digər yazarlar

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

Pezeşkian: Təxribatlar davam edərsə, daha sarsıdıcı cavablar veriləcək

İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək - Netanyahu

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri ARTIRACAQ

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi
