“Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib”.
Adalet.az report-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev deyib.
“Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçməyimiz təmin olunub. Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək. İki qrup halında gələcəklər. İkinci qrup isə yaxın vaxtlarda daha sonra gələcək.
İranda vəziyyət həqiqətən gərgindir. Ümidvaram ki, hər iki tərəf arasında müəyyən diplomatik danışıqlar nəticəsində vəziyyət sabitləşəcək. Mən fikirləşirəm ki, həmişə belə böhranlar qarşılıqlı şəkildə həll olmalıdır. Güc nümayişi xoşa gələn hal deyil”,-deyə o qeyd edib.
Yazarın digər yazarlar

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

Pezeşkian: Təxribatlar davam edərsə, daha sarsıdıcı cavablar veriləcək

İran mülki şəxslərin qətlinə görə çox ağır hesab ödəyəcək - Netanyahu

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

Türkiyə gəmilərin boğazlardan keçməsinə görə ödənişləri ARTIRACAQ

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi
