Ankara İrandan Türkiyəyə köçün başlanması xəbərini təkzib edib

137 | 2025-06-15 14:07

İrandan Türkiyəyə köçün başlanmasına dair yayılan məlumatlar dezinformasiyadır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiynə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bu səpkili paylaşımlar dezinformasiya məqsədlidir.

Həmçinin açıqlamada Daxili İşlər Nazirliyinin Türkiyə - İran sərhədində sıxlıq, fövqəladə dinamika, yaxud qanunsuz miqrasiya elementləri olmamasına dair informasiyasına da yer verilib.

"Bundan əlavə, sərhədlərimiz ən qabaqcıl texnologiya ilə təchiz edilmiş fiziki təhlükəsizlik sistemləri ilə mühafizə bölmələrimiz tərəfindən 24/7 nəzarət olunur”, - məlumatda bildirilib.

Qeyd olunub ki, sərhədləri pozmaq cəhdinin qarşısı dərhal alınır: “Vətəndaşlarımızdan bu cür dezinformasiya xarakterli yazılara inanmamalarını və yalnız səlahiyyətli orqanların yaydığı açıqlamaları nəzərə almaları xahiş olunur”.

TƏQVİM / ARXİV