adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

İnsan alveri, kölə bazarı... - Eminquey yazır

EMİNQUEY AKİF
1037 | 2021-12-06 14:12

Əşyalar dəyərə minir, insanlar ucuzlaşır. Dünyanın yeni yox, amma dəyişilməyən trendi bu olsa gərək. İşsizlik bir ayrı dərd, ucuzdan ucuz işçi olmaq, bir ayrı. 

Daha çox qazanmaq uğrunda mübarizəni insan alveri üstündən həyata keçirmək. 

İnsan alveri deyərkən hamının ağlına ilk olaraq orqan alveri, insan satışı ağıla gəlir. Beynimizdə belə daşlaşıb. Amma əsl insan alveri iş müəssisələrində həyata keçirilir. Nə uğruna? Rəqabət! 

İqtisadi rəqabət insan əməyinin ucuzluğu hesabına aparılır. 

Məsələn, bugünlərdə oxudum. 

Banqladeşin təbiəti cənnətdir, amma dərin bir səfalət içindədir, şəhərləri zibil qoxur, palçıqlaşmış zir-zibil yığınları ilə gəzirlər, nəfəs alanda adamın rəngi solur, evlərə heyvan bağlasanız dayanmaz, qaçar, evlərin çoxusunda elektrik yoxdur, yolları keşməkeşlidir, velosiped də eyni yolla gedir, qatar da, fil də, siqnal səsindən baş çatlayar, sahəsi təxminən Türkiyənin beşdəbiri qədərdir, amma əhalisi Türkiyədən iki qat çoxdur.

Dakka İstanbulun balaca Beykoz bölgəsi qədərdir, amma 12 milyon insan yaşayır. Sıxlığı təsəvvür edin. 

Banqladeş ixracat ölkəsidir. 

Özü də elə-belə yox. 

Armani, Prada, Gucci, Versace, Hugo Boss, Moncler, Mango, Nike, Adidas, Puma kimi markalar istehsal edirlər. 

Çünki Banqladeşdə minimum əmək haqqı 95 dollardır. Əslində 65 dollar maaş ödənir, amma kağız üstündə rəsmi olaraq 95 dollar görünür. Gündə 12 saat işləyir Banqladeş insanı.

Ölkəsini kölə bazarı halına gətirən siyasətçilərlə, siyasətçilərin ortağı olan kölə taciri iş adamları silahlı mühafizəçilərilə malikanələrdə yaşayır, işçilərsə zir-zibilin içində.

Paytaxt Dakkada "Rana Plaza" adlı səkkizmərtəbəli müqaviləli istehsalat binası çökdü. 1134 işçi öldü. Binada beş min işçi işləyirdi. 2500-dən çoxusu ağır yaralandı. 

Bu kölə plazası iqtidar partiyasına mənsub olan bir siyasətçiyə aid idi. Banqladeşi kölə bazarı olaraq dünya markaları lütf etdilər, bu faciədən sonra işçi maaşını 65 dollara qaldırdılar, o günə qədər isə 45 dollar idi.

Dolları partladaraq yaratmaq istədikləti ixracat modeli budur. 

Bu ixracat modelində Armani, Gucci istehsal edərsən, amma bunu istehsal edən millər o istehsal etdiyi markaların torbalarını belə ala bilməz. 

İnsanı ucuzlaşdırsan, istəyirsən dünyanın ən bahalı markalarını ixrac et, ölkəni ucuzlaşdırmış olarsan.

TƏQVİM / ARXİV