Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb.
Adalet.az xəbər verir ki, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P.Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, P.Məmmədova müəllim yoldaşı S.Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə ediblər. Zərərçəkən P.Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S.Əhmədova döyərək xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bilidirilib ki, müraciətlərlə bağlı Ağstafa Rayon Polis Şöbəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır./APA
Digər Xəbərlər
01 Oktyabr 2026 09:54
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - YENİLƏNİB
30 Sentyabr 2026 23:52
Quba-Xınalıq yolunda torpaq sürüşməsi - Hərəkət dayandı - VİDEO
30 Sentyabr 2026 16:51
Sabah bu ərazilərdə qaz kəsiləcək
30 Sentyabr 2026 14:06


Bakı -°C

