adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

İLİSU... SANKİ BİR ƏFSANƏ KİMİ... - Məzahir ƏHMƏDZADƏ yazır

MƏZAHİR ƏHMƏDZADƏ
134144 | 2019-12-23 15:56

Bu, 30-40 il əvvəllərin yalnız qoyunçuluqla məşğulolan ucqar dağ kəndi İlisu deyil artıq. Bu kənd indi öz inkişafı, infrastrukturüstünlükləri, sosial-mədəni həyatı, turizm potensialı və təbii cazibəsi ilə adqazanan bir Azərbaycan brendinə çevrilməkdədir. İlisu Qax rayonunun, bütövlükdəşimal-qərb bölgəsinin simvolu kimi son illər daha çox şöhrət qazanır. Onun səsi-sorağıyaxın-uzaq xarici ölkələrə qədər gedib çıxır. Çünki məhşur İlisu kəndi indidaha böyük inkişafa, müasirləşməyə doğru gedir. İlisu neçə illərdir ki, həm özyerinə, həm də vətənin işğal altında olan Şuşa adlı incisinin də əvəzinəinsanlara qucaq açır. Böyük Qafqaz, Kiçik Qafqaz...

Mən bir Azərbaycan vətəndaşı olaraq, bir jurnalistolaraq vətənimin hər qarış torpağını ana kimi sevirəm. Uşaqlığımdan tanıdığımİlisunu da çox sevirəm. Başqalarının,xüsusilə xarici ölkə vətəndaşlarının da qədim İlisunu sevməsini, daha çox sevməsiniarzulayıram. Buna hamımızın haqqı var zənnindəyəm. Çünki AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənməqsədyönlü tədbirlər nəticəsində digər bölgələrlə yanaşı, Qaxda da tikinti-quruculuq,abadlıq işləri geniş vüsət almışdır. Bu baxımdan rayonun qədim tarixə malikçoxsaylı tarixi abidələri, ecazkar təbiəti ilə göz oxşayan, milli-mənəvi dəyərlərimizi, zəngin mətbəximizibu gün də yaşadan, əhalisi ilə sayılıb seçilən İlisu kəndində baş verən dəyişikliklər,quruculuq işləri, Dövlət Proqramlarına uyğun olaraq həyata keçirilənsosial-iqtisadi infrastruktur layihələri, milli köklərə söykənən təmir-bərpaişləri, inşa edilən müasir turizm obyektləri hər kəsi valeh edir, insanlardaxoş ovqat yaradır. İlisuda yaşayan yüzlərlə sakin son illərin inkişafı sayəsindəyeni-yeni iş yerlərinə malik olmuş və bütün bunlar turizmin inkişafı ilə yanaşıyüksələn xətlə inkişaf etməkdədir. Bu barədə bir sıra vacib faktları diqqətəçatdırmazdan qabaq qeyd etmək yerinə düşər ki, günümüzün İlisusu zəngin qədimliyin,tarixi-mədəni ənənələrin üzərində ən müasir bir məkana çevrilməkdədir. Dünyanınçox yerlərində belə hallar olur. Turizmin sürətli inkişafı, daha gəlirli sahəyəçevrilməsi həyat tərzinin, məşğuliyyət profillərinin təyinat dəyişikliklərinəyol açır. Ancaq heç bir ənənə və istək dağılıb getmir. Əksinə, hər kəs öz istəyiilə azad şəkildə əmək fəaliyyətini müəyyənləşdirir.

Nə yaxşı ki, ölkəmiz müstəqillik əldə etdikdənsonra kəndin bugünkü sosial-iqtisadi inkişafında mühüm rol oynayan quruculuqişlərinə start verildi. Sahibkarlığın, turizmin, o cümlədən kənd turizminininkişafı üçün mühüm qanunvericilik bazası yaradıldı.

Ölkədə həyata keçirilən sosial yönümlü siyasət hörmətliPrezidentimiz İlham Əliyevin regionlarınsosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində, rayon rəhbərliyininqaldırdığı əsaslandırılmış təklif və rəylərə əsasən dövlət vəsaiti hesabına kəndiikiyə bölən Hamamçay üzərində müasiraşırımlı körpü inşa olundu. Kənddəki bütün mənzillər, sosial obyektlərqazlaşdırıldı, bütün evlərə su xətləri çəkildi.

Yollar başdan–başa asfaltlanıb. Kəndarası yardımçıyollara daş döşənib. Qədim tikililər də əsaslı təmir yolu ilə şuxlandırılır. Məktəb,uşaq bağçası, tibb məntəqəsi, ticarət və iaşə obyektləri... Daha nə lazımdırki?

Buradaca xüsusi vurğulamaq yerinə düşər.Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri, rayonun və bölgənin ağsaqqalı ƏhmədƏhmədzadənin təşəbbüsü və rəhbərliyi ilə Hamamçay və Kürmük çayı boyunca çəkilənnəhəng dəmir-beton bəndlər kəndin böyük problemi olan sel-sulardan mühafizəsinitəmin edir. Nə gur leysanlar zamanı, nə də sərt qış aylarında daha heç birproblem yaranmır.

Görənlər bilir ki, İlisunun gözəlliyi bir başqadır.Bir çox hallarda Avropadan gələn turistlər bir-birinə bənzəyən izdihamlımehmanxana şəraitini bəyənmir, bölgənin füsnkar gözəllikləri olan, tarixi abidələrləzəngin təbiətin qoynundakı kəndlərdə istirahət etməyə üstünlük verirlər.Turistlər əsasən rayonun digər dağ kəndləri ilə yanaşı qədim tarixə malik,Böyük Qafqaz dağının qoynunda yerləşən İlisu kəndinə üstünlük verirlər. Ona görədə kəndin sosial-iqtisadi inkişafını, perspektivini nəzərə alan rayon rəhbərliyiİlisuda otel turizmi ilə yanaşı yaşıl turizmin və ya kənd turizminin inkişafıüçün kəndin problemlərinin həlli, elektrik enerjisi, mavi yanacağı, içməli suilə təminatının yaxşılaşdırlması, abadlığı, tarixi yerlərinin bərpası iləyanaşı, sakinlər arasında maarifləndirmə işini də genişləndirmiş, müvafiqqurumların və ziyalıların qüvvəsini bu istiqamətdə səfərbərliyə almışdır.

Kəndin mərkəzi küçəsinin hər iki tərəfindədivarlar, binaların fasadları yerli memarlıq üslubunda təmir edilmiş, çaydaşlarından üzlük çəkilmişdir. Daxili imkanlar hesabına tibb məntəqəsinin vəBürc qalasının ətrafında və digər yerlərdə geniş abadlıq işləri görülmüşdür. Kəndinküçə və məhəllələri tamamilə işıqlandırılmışdır.

Küçələrə yerli sənətkarlar tərəfindən millimemarlıq üslübünda döşənən çay daşları bu yerlərin tarixi görkəmini özünəqaytarır. Son illər 8 küçədə, Bucaq məhlə və Səngər məhlədə bütövlükdə beləabadlıq işləri davam etdirilmişdir.

Ümumiyyətlə, son dövrlər respublika Prezidentinin rəhbərliyiilə həyata keçirilən qlobal tədbirlərlə yanaşı, İlisu kəndininabadlaşdırılması, sosial-iqtisadi inkişafı, problemlərin həlli, tarixi görkəmininbərpası istiqamətində daxili imkanalar hesabına görülən işlər nəticəsində kənddənümunəvi səliqə-səhman yaradılmış, bu yerlər simasını tamamilə dəyişmişdir.

Hazırda İlisunun ərazisində 8 müasir turizm vəistirahət müəssisəsi fəaliyyət göstərir. Həmin istirahət mərkəzlərində 190 nəfərdaimi, 80 nəfər mövsümü olmaqla müxtəlif işlərdə çalışır. İlisunun turizmobyektlərində il ərzində təxminən 25 min nəfərə yaxın turist istirahət edir.Bunlardan 3200 nəfərə yaxını xarici turistlərdir.

İlisuda 16 ədəd ictimai-iaşə obyektləri fəaliyyyətgöstərir. Daimi işləyən mehmanxana və restoranlarda yerli əhali çalışır.

Qeyd etdiyimiz kimiİlisu kəndi ərazisində 8 müasir turizm, istirahət müəssisələri fəaliyyət göstərir.Mən burada vaxtilə qələmə aldığım "Uludağ əfsanəsi” yazımı xatırlamaya bilmirəm."Uludağ” İlisunun ilk istirahət mərkəzlərindən biridir.

O vaxt yazmışdım:Burada dayandığın yerdən dönüb hara baxsan zirvələri buludlara toxunandağlardan savayı heç nə görə bilməzsən. Yalnız göyüzüdür. Bir də bu əzəmətlidağların qayalıqlarından şığıyan dəli Kürmük. Dağlar bu kəndi qolları arasınaalıb keşiyini çəkər, hərdən buludları toqquşdurub ildırımlar şaqqıldadar, bəd nəzərlərdən,pis niyyətlərdən qoruyar onu. Aydın gecələrdə o dağların zirvəsinə qalxsan,göydəki ulduzlara əl uzadıb alma kimi dərə bilərsən. O qədər yaxın görünür ki.Bu xəyallar səhərin alatoranında sis-dumana ilişib başqa bir ovqat doğurar.Orda, uzaqlarda bir yalquzaq da yol gedər...


TƏQVİM / ARXİV