adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İki milyonluq saat, yoxsa zaman maşını? - Ulucay Akif yazır

ULUCAY AKİF
49929 | 2019-06-27 17:36

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəriSaleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədlinin İspaniya, İbizada 1.5 milyonavroluq, yəni təxminən 2.2 milyonmanatlıq saatı oğurlanıb.

Hal-hazırda ölkədəki bütün məmurlar saatın kiminoğluna məxsus olduğunu müəyyənləşdirməyə çalışır. Adı saatla hallanan bütün məmurlar isə bunuinkar edirlər. Hamı öz boynundan atır ki, o saat mənim oğlumun saatı deyil,filankəsin oğlunun saatıdır.

Ölkədə 2.2 milyonluq saata sahib çıxan bir adamtapılmır. Yaxşı deyiblər: qələbənin "atası” çox olur, məğlubiyyət isə həmişə"yetim” olur. Bu deyim düz yerinə düşür.

Saat oğurlanıb deyə heç kim sahiblənmək istəmir.

Yaxşı! Mən o oğurlanmış saata sahiblənirəm! Etirafedirəm ki, o saat mənim idi. Kitabımın satışı və yazılarıma görə aldığımqanorar hesabına almışdım.

İndi işdir İspaniya polisi həmin oğurlanan saatıtapsa, xahiş edirəm ki, elə özümə də qaytarsınlar. Ümid edirəm bütün inkar edənməmurlar yenidən o saata sahiblənməyə çalışmayacaq.

Əslində bu xəbəri eşidəndə şok oldum, beynimdondu, gözlərim doldu. Bunu heç cür qəbullana bilmədim. Axı necə? Necə belə şeyedə bilirlər?

Kimsə halal zəhmətilə pul qazanıb 1.5 milyon avroyaoğluna saat alıb hədiyyə etsin, oğlunu İspaniyanın ən məşhur, ən bahalı otellərindənbirinə tətilə göndərsin. Orda da hansısa vicdansızın, şərəfsizin, alçağın biriutanmayıb həmin saatı oğurlasın. Heç mi vicdan yoxdur bu oğrularda?!

İndi o uşaq həmin saatsız nə edəcək? Sizcə başqasaatlar o saatla eyni zamanı göstərə bilər? O saatın göstərdiyi zaman fərqlidir.O saatda problemli, kreditli, ac, yetim, qaçqın saniyələrə yer yoxdur. O saatancaq qayğısız, borcsuz, kreditsiz saniyələri göstərir.

Sosial şəbəkələrdə həmin saatla bağlı çox fikirlərdeyildi. Həmin saatın qiymətinə nələr etmək olduğu müzakirə olundu.

Bir nəfər yazmışdı ki, mən saata o qədər pul versəm,saat yorulmasın deyə onun yerinə "tik-tak-tik-tak” eliyərdim. Kasıb ki kasıb! Oboyda pulu olsa da saatın yerinə nəsə etmək istəyir. Yenə qurtula bilmir bukasıblıq və köləlik sindromundan.

O saatın puluna bu xalq üçün nələr etmək olardı, nələr!

Mən bir saata o qədər pul versəydim, o saatı zamanmaşını kimi işlədərdim. Əmr edərdim ki, məni aparsın keçmişə. Aparsın Şuşanın,Kəlbəcərin, Ağdamın, Laçının bizdə olduğu illərə. Əmr edərdim ki, məni DərbənddənTəbrizə kimi at çapdığımız illərə aparsın.

Aparsın məni o illərə ki, görüm tarix kitablarıbizi aldatmırsa, nə oldu ki, biz bu hala düşdük? Bizi necə bu günə qoydular?Harada səhv etdik? Qayıdardım o illərə ki, həmin səhvlərimizi görüm. Nəsə edəbilməsəm də o səhvləri öyrənib gəlib hamıya başa salım, bir də o səhvləri etməyək.

Ya da o saatdan tələb edərdim ki, məni aparsın gələcəyə!Bütün bu olanları unudacaq qədər uzaq gələcəyə!

Yoxsa gələcəyimiz də keçmişimiz qədər qaranlıqdır?

Bilmirəm.

Bəlkə bütün bu sualların cavabını bilmirəm, ammabütün xalqlarda olan bir atalar sözünü yaxşı bilirəm. Elə hadisənin baş verdiyiİspaniyada da olan bir atalar sözünü demək istəyirəm: Ladron que roba a ladron!

Yəni "Oğrudan oğruya halaldır”.


TƏQVİM / ARXİV