İki Babəkdən biri həbs olundu, biri təltif - Eminquey yazır

EMİNQUEY AKİF
1644 | 2023-08-10 13:16

 

Söhbəti uzatmayacam.

Bəzən mistik şeylər baş verir ölkədə.

Məsələn, dünən Baboş ləqəbli TikTok fenomeni Babək Cabbarov Azərbaycan polisi haqqında başından böyük danışdığı üçün 15 sutkalıq həbs olunur, Babək obrazını yaradan, sevdirən, Babək kimi yaddaşlara həkk olunan Rasim Balayev isə prezident tərəfindən təltif olunur.

Qəribəsi budur ki, Baboş ləqəbli fenomen Babəkə pullar tökən, yedizdirib-içizdirən camaat dolanışığı, yaşayışı ilə heç vaxt maraqlanmadığı sənətkar Rasim Balayevdən prezidentlə görüşdə öz dərdini-sərini deməyi gözləyir.

Çox maraqlı xalqıq, vallah!

TƏQVİM / ARXİV