adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır - Ərdoğan

469 | 2024-04-19 16:05

İsrail və İran fərqli şeylər deyir.

Adalet.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həm Tehran, həm də Təl-Əviv müxtəlif mövqelər ortaya qoyurlar: “ABŞ-nin çoxsaylı açıqlamaları göstərir ki, bu dövlət İsrailin yanındadır. Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır. Onsuz da fərqli davranış gözləmirdik”.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.

İsrail isə ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.

  • May:
  • 3

TƏQVİM / ARXİV