adalet.az header logo
  • Bakı -°C

Hazırda bu rayonların icra başçısı YOXDUR

119 | 2026-09-28 19:04
A- A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin ediliblər.  

Adalet.az-ın məlumatına görə, hazırda Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 3-ə enib. Belə ki, Yardımlı, Sədərək və Ağdərə rayonlarının icra başçısı yoxdur.

Cari ilin avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan MR-in Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun yerinə təyinat olmayıb.

2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Cari ilin sentyabrın 15-də Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.


TƏQVİM / ARXİV