Estoniya Rusiya və Belarusla əlaqəli şəxslərin ölkədə daşınmaz əmlak əldə etmək imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Adalet.az xəbər verir ki, bu barədə ölkənin parlamentinin saytında məlumat yayılıb.
Qeyd olunub ki, məhdudiyyətlər Avropa Birliyi ölkələrində uzunmüddətli yaşamaq icazəsi və ya Estoniyada daimi yaşamaq hüququ olmayan Rusiya və Belarus vətəndaşlarına şamil ediləcək.
Eyni zamanda, qərar sözügedən ölkələrdən olan hüquqi şəxslərə və son benefisiarları Rusiya və ya Belarus vətəndaşları olan şirkətlərə də aid ediləcək.


Bakı -°C
