adalet.az header logo
  • Bakı -°C

Hakan Fidandan iranlı həmkarına xəbərdarlıq

87 | 2026-03-10 15:27
A- A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonla danışıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Məlumata görə, Fidan söhbətdə Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib.

O, Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

Türkiyənin xarici işlər naziri həmçinin mülki əhalinin həyatının qorunmasının və bölgədə sabitliyi pozan hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb.

Əraqçi həmçinin Türkiyə hava məkanına yönəldilən raketlərin İrandan gəlmədiyini və məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV