adalet.az header logo
  • Bakı -°C
10 Mart 2026 17:54
84
DÜNYA
A- A+

Lavrov və Əraqçi arasında telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Abbası Əraqçi arasında telefon danışığı olub.

Adalet.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Lavrov Rusiyanın deeskalasiya ilə bağlı prinsipial mövqeyini xatırladıb.

O, Moskva İranın və onun regiondakı qonşularının təhlükəsizlik maraqlarını nəzərə alaraq münaqişənin siyasi-diplomatik həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.