Yazıçı Aqil Abbasın qeyri-adi gitaraçı Rəmiş haqqında «Rəmiş» adlı yazdığı povest «Qanun» nəşriyyatında kitab halında çap olunmuşdur.
Kitabın redaktoru Aytac Abdulova, rəssamı isə Rövşən Abbasdır. Kitabda XVI əsrdə yaşamış məşhur alman rəssamı Yulius Şnor fon Karolsfeldin «Bibliya»ya çəkdiyi illüstrasiyalardan istifadə edilmişdir.
Rəmiş qeyri-adi çaldığı kimi, povest də qeyri-adi yazılmışdır.
Rəmişi daha yaxından tanımaq istəyirsinizsə, bu kitabı oxumağınız məsləhətdir.
Kitabı Rəmişi sevməyənlər də oxuya bilər və Rəmişi daha yaxından tanıya bilər.


Bakı -°C
