Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul etdi
10 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı yeni səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri barədə məlumat verilib.
Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahəsində bir-birini dəstəklədiyi məmnunluqla bildirilib.
Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin faydalı olduğu diqqətə çatdırılıb.
Nazirlər həmçinin Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41


Bakı -°C

