adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Gürcüstan parlamenti iclası təxirə saldı

523 | 2024-05-02 16:00

Gürcüstsnda hakim partiyanın xarici agentlərlə bağlı qanun layihəsinin üçüncü oxunuşda müzakirə edilməsi məsələsi, etirazçıların parıamentə hücumundan sonra təxirə salınlb. 

 "Mayın 1-də etirazçıların Gürcüstanın parlament binasıa hücumu zamanı binanın infrastruktur sahələri zədələnib. Ona görə də, bu günə təyin edilmiş plenar iclasın keçirilməsi təxirə salınıb. 

  Xatırladırıq ki, xalqın etirazına səbəb olan xarici agentlərlə bağlı qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Dünyada belə bir qanun yalnız Rusiyada tədbiq olunur. Ona görə də, gürcü xalqı bu qanunun qəbul edilməsinə ciddi müqavimət göstərir. 

  Gürcüstanı yaxlndan dəstəkləyən Qərb dövlətləri də belə bir qanunun qəbul edilməsinin əleyhinədir.  Qərbyönümlü prezident Saloma Zurabişvili də hesab edir ki, qanun layihəsi qəbuledilməzdir. O, bu qanunun üçüncü oxunuşda da qəbul ediləcəyi halda, ona veto qoyacağını bəyan edib. 

  Gürcüstanın səhiyyə nazirliyi bildirib ki, etiraz aksiyaları zamanı 8 nəfər ağır dərəcəli xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Eyni zamanda onlarla mitinqçinin həbs olunması barədə də məlumarlar verilir.

  Rüstəm Hacıyev

TƏQVİM / ARXİV