adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Gördün dünən Liverpul neylədi?! - Ulucay Akif yazır

ULUCAY AKİF
22924 | 2019-05-08 11:53

Bu gün dostuilə hal-əhval tutduqdan uzağı üç saniyə sonra dostuna "Gördün dünənLiverpul neylədi?!" sualını verməyənlərə birtəhər baxıram. Qarışı tərəf də bu sualı həyacanla gözləməli və cavabı da ən azı belə olmalıdır:

- Oy daaaaaa!O nə idi elə?!

Bugün həttasalam verməmiş bu suala keçid almaq da olar.

- Gördün dünən Liverpul neylədi?!

3:0hesablı məğlubiyyətindən sonra heç kim Liiverpulun finala vəsiqə qazanacağınıgözləmirdi, hətta ən pozitiv Liverpul azarkeşi də. Bəlkə ümid edənlər var idi,amma ümid etmək ilə inanmaq, əmin olmaq tamam fərqli şeylərdi.

Ən çoxümidli olan isə elə yəqin Liverpulun baş məşqçisi Yurqen Klopp idi. İlk üçqoldan sonra Kloppun reaksiyalarına diqqət yetirdinizsə, demək olar heç sevinmədiyinigördünüz. Bu qədər emosional bir məşqçi qollara heç bir reaksiya vermirdi, verəbilmirdi, çünki o, işini peşəkarlıqla görüb sadəcə ümid etmək, gözləmək rejiminəkeçmişdi.

O,birinci qoldan sonra ikinci, ikinci qoldan sonra isə üçüncü qola ümidedir və gözləyirdi. Və bu ümid, bu gözləmə onun reaksiya verməsinə mane olurdu.Üçüncü qoldan sonra isə Klopp artıq sadəcə ümid etmirdi, həm də inanırdı.Və sadəcəüçüncü qoldan sonra bəxtə ehtiyacı olduğunuhiss etmişdi.

Bəli, dünənLiverpulun bəxti gətirdi. Heç kim məni səhv anlamasın, qətiyyən Liverpulun zəifoynadığını demək istəmirəm. Futbolda bəxt faktoruna bərabər güclü komandaların qarşılaşmasındadaha çox ehtiyac duyulur.

DünənLiverpul futbolçuları da nə edəcəklərini çox yaxşı bilirdilər. İlk 3 qol üçünbütün güclərini ortaya qoymalı idilər və bunu çox yaxşı da bacardılar. Onlarınbu 3 qol üçün şansa ehtiyacları yox idi. Üç qolu vurduqdan sonra isə onların daşansa, fürsətə ehtiyacları var idi.

Sadəcədördüncü qolu vurmaq üçün yox, həm də qol buraxmamaq üçün. Futbolun gözəlliyionun gözlənilməz olmasındadır. Hər şey əla getdiyi an bir gözlənilməz hadisəbaş verir və bütün oyunun axarı dəyişir. Dünən isə bu baş vermədi.

DünənMessi də Barselonaya kömək edə bilmədi. Heç kim Messini qınaya bilməz, çünkidünən Liverpulun 4 qola ehtiyacı olduğu kimi, Barselonanın da qalib gəlmək üçünazı dörd Messiyə ehtiyacı var idi. Messi özü də bunu hiss edirdi. Yəqin oyunbaşlayandan üzündə olan o kədər və tədirginlik də dördə bölünə bilməməyin təlaşıidi.

Bəsoyunun bəxt, şans, fürsət hissəsi harda idi? Təbii ki, dördüncü qolda! Dördüncü qolun ötürməsində!Künc zərbəsində fikrini dəyişib ani qərar vermək və heç kimin gözləmədiyi anötürmə etmək!

Dünən həmino ötürməni edən Aleksandr-Arnold üçün bir anın içində fürsət yarandı və o fürsətidüzgün dəyərləndirdi. O fürsət saniyənin 100-də 1-nə bərabər idi və Arnold həmin1/100 (yüzdə bir) saniyədən maksimum dərəcədə yararlandı və bəlkə də həmin o1/100 saniyə onun həyatının ən unudulmayacaq anı idi.

Sizhansısa saniyənin yüzdə birini xatırlaya bilirsiniz?

Arnold həmişəxatırlayacaq!

TƏQVİM / ARXİV