"Gəncə" ABŞ-dən olan voleybolçu transfer etdi

85 | 2025-07-07 12:55

Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətinə yeni oyunçu cəlb edib.

Adalet.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

ABŞ-dən olan libero Alisa Kim ilə bir mövsümlük müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü Rumniyanın "Rapid Buxarest" komandasında keçirib və ölkə kubokunda bürünc medala sahib olub. Libero karyerası ərzində Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.

  • Iyul:
  • 4

TƏQVİM / ARXİV