07 Iyul 2025 17:09
134
DÜNYA

"Tehran nüvə silahına can atmır" - İran prezidenti

Tehran nüvə silahı yaratmaq niyyətində deyil, əksinə ittihamlar İsraildən gəlir.

Adalet.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Onun sözlərinə görə, Tehran  MAQATE ilə əməkdaşlığı dayandırdıqdan sonra onun nüvə proqramının yoxlanılması məsələsi üzrə danışıqlara hazırdır.

Bundan əvvəl Pezeşkian bildirib ki, İsrail hakimiyyəti ona sui-qəsd etməyə cəhd edib, lakin buna nail ola bilməyib.