adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Fransada güclü qasırğa: Ölkənin qərb bölgəsi ilə nəqliyyat əlaqəsi kəsilib - VİDEO

435 | 2024-03-29 10:17

Fransanın şimal-qərb bölgəsini vuran “Nelson” qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

Nəqliyyat şirkəti sərnişinləri müvafiq saytlarda qatarların hərəkət cədvəlinə yenidən baxmağa çağırıb.

Fırtına ilə əlaqədar ölkənin Atlantik sahillərində ən azı altı departament “narıncı” hava xəbərdarlığı elan edib.

Bəzi yerlərdə küləyin sürəti saatda 183 kilometrə çatıb.

TƏQVİM / ARXİV