Ərdoğan NATO sammitinin keçiriləcəyi yeri açıqladı

515 | 2025-07-01 06:20

NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək.

Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı bildirib.

"2026-cı ildə NATO-nun dövlət və hökumət başçılarının sammiti ümid etdiyimiz kimi, iyulda Türkiyədə keçiriləcək. Biz NATO liderlərini paytaxtımız Ankarada qəbul edəcək və çox mühüm qərarların qəbulu üçün zəmin hazırlayacağıq", - deyə Türkiyə lideri bildirib.

TƏQVİM / ARXİV