
Azərbaycan ərazisindən “İrana qarşı istifadə olunması ilə bağlı hələki rəsmi məlumat yoxdur.
Adalet.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın İrəvandakı səfiri Mehdi Sübhani bu gün jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, bu məsələ ilə bağlı “yalnız KİV-in məlumatlarına əsaslanmaq mümkün deyil”.
Səfirin sözlərinə görə, rəsmi Tehran Azərbaycan ərazisindən İrana zərbələr endirilməsinə imkan verilməyəcəyinə dair zəmanət alıb.