“TikTok”da əyləncə yarışları təşkil edən və ötən ilin dekabrında ağır ittihamlarla həbs edilən aparıcı Azər Zahid azadlığa buraxılıb.
Adalet.az Musavat.com-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.
Azər Zahid məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.
Xatırladaq ki, ötən ilin dekabrında “TikTok” əməliyyatı ilə bağlı 15-dən çox saxlanılan var idi. Onların bir çoxu narkotik ittihamı ilə həbs edilmişdi. Son bir neçə ayda onların əksəriyyəti ev dustaqlığına buraxılıb.