adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏHSƏN  OL MURAD DADAŞOVA Kİ! - Aqil ABBAS yazır

AQİL ABBAS
710 | 2024-02-21 13:43

Üzeyir bəyin «Leyli və Məcnun»u ilk dəfə səhnəyə qoyulanda  dövri mətbuatda bu opera haqqında palaz-palaz tərifli yazılar getmişdi. Yalnız Mirzə Cəlil bu qiymətli sənət əsəri haqqında bircə cümlə yazmışdı: «Əhsən ol sənətkara  ki, üç yüz  milyonluq müsəlman xalqını bir yerə cəm edib huşi-guş  ilə üç saat bir nöqtəyə baxmağa  məcbur elədi». 

İndi fevralın 20-də «Xəzər» televiziyası görkəmli xanəndə, muğam ustadı Arif Babayevin 86 yaşının tamam olması ilə bağlı ad günü keçirtdi. «Xəzər» möhtəşəm bir veriliş  təqdim etdi. Və inanıram ki, həmin veriliş televiziyalarımızın həmin günki proqramlarından daha çox reytinq yığdı. Aparıcı Lalə xanıma da eşq olsun, aparıcılıq qabiliyyətini, savadını, muğamımıza, Arif Babayevə sevgisini əla nümayiş etdirdi. 

Mən də bir az uzun yazdım. Əslində bircə cümlə yazmalıydım: «Əhsən ol Murad Dadaşova ki,  on milyonluq Azərbaycan xalqını bir yerə cəm edib üç saatdan artıq bir nöqtəyə  baxmağa məcbur elədi». 

TƏQVİM / ARXİV