adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
52104 | 2020-01-23 09:37

Oxuyub başa çıxdığım birkitabdan ayrıla bilmirəm. Bu kitab barəsində ilk yazımı ötən həftə yazmışdım.Orada kitabın mahiyyətinə bacardığım kimi işıq salmağa çalışmışdım vəvurğulamışdım ki, kitabdakı 6 bölümün hər biri barəsində ağlımdan keçən, ürəyiməhopan duyğuları sözə çevirməyə çalışacam. Elə arxada qalan həftənin, xüsusilə"20 Yanvar"ın ağır təsir yükü altında çıxış yolu kimi "MənimFüzulim"ə üz tutdum...

Bu bölümün adı "Tifl həm cövlan edər, amma ağacdan atı var..."

Misraya fikir verin. Ondaakademik Kamal Abdullanın Füzuli qəsidəsindən götürdüyü bu misranın nəyəistinad nöqtəsi olduğunu yavaş-yavaşduymağa, anlamağa başlayacaqsınız. Ona görə yavaş-yavaş deyirəm ki, bu misranıntutumu, həcmi və bir də onun insanınduyğularına olan təsiri o qədər böyükdür ki, onu dərhal həzm etmək, dərhalözününküləşdirmək mümkün deyil. Bunun üçün mütləq Füzulinin bir zərrəsinəçevrilməlisən. Onda hörmətli Kamal müəllimin dediyi kimi, öncə özünüxatırlayacaqsan, öz xatirələrinə baş vuracaqsan... Və bir də baxıb görəcəksənki, uşaqlığın düz orta göbəyində dayanmısan. Tozlu-torpaqlı yolda qarğı atçapırsan. Necə deyərlər, Araz aşığındandı, Kür də topuğundan, dünya vecinədeyil. Ona görə ki, sən qarğı atı yəhərləyib çapırsan, dünyan pak, nurlu uşaqdünyası, sevincin bu qarğı atın gedibçata bilməyəcəyi zamanları ötüb keçib... Və sən bir xoşbəxt uşaqsan! Elə buyerdə də Füzulini özünlə üzbəüz dayanmış görəcəksən. O da həmin o qarğı atınbelindədi. Amma səndən bir zaman kəsiyi arxadadı. Çünki o, təkcə mindiyinağac atı deyil, həm də akademik KamalAbdullanın dediyi kimi, öz doğumunu, öz dünyaya gəlişini də xatırlayır. Burda mənimdilimin ucuna bir söz də gəlir. Demək istəyirəmki, hörmətli Kamal müəllimin məni köklədiyi duyğular qulağıma pıçıldayırki, Füzuli göbəyimin kəsildiyini də hiss edir.

Bax, elə sözün qatlarına varmaqda, onun nöqtə-vergülündən tutmuş səsdən hərfə, yazılışa köçən hər anına daburdan baxmaq lazımdı. Elə ki, baxmağı bacardın, onda Füzuliylə doğuşdan üzü bugünə qədər yol-yoldaşı olacaqsan. Və üstəlik, duyacaqsan ki, Füzuli səni özü iləgətirdiyi kimi, sən nəfəs dərəndə bir də gəldiyi yerə dönüb baş çəkə bilir.Çünki onun dünyası göyün o biri üzüylə yer arasındadır. O, getdiyi yerdəsözünün işığını paylayır və yenidən gəldiyi yerə qayıdır ki, ora da işıqsızqalmasın...



Esseni oxuduqca

məndə belə bir haldan-hala düşməməqamı yaranır. Elə bilirəm ki,oxuduqlarım məni bütünlüklə özümdən alıb harasa götürür. O götürüldüyüm yerin mənzərəsinidə görürəm, mənə tanış gəlir, məni cəlb edir. Amma məni həm də qorxudur. Çünkio yerdə hər şey, hər kəs azaddır Füzulinin özü kimi. Ona görə də Kamal müəlliminbir oxucu kimi mənə aşıladığı Füzuli sözünün alt qatında mən o azadlığıyaşamağa, onunla qol-boyun olmağa başlayıram. Məhz həmin bu məqamda da Füzulikimi olmasa da, Füzulini anlamağaçalışan birisi kimi mən də uşaqlığımın, yeniyetmə illərimin azadlığını təkrarbu günümə qaytarıram. Çünki həmin zaman kəsiyində qayğısızlıq, sərbəstlik, həttabir az hər şeyə, hər kəsə münasibət bildirmək, özünü buludların qoynunda hissetmək kimi bir eyforik ömür yaşamışam. Əgərbu mənim həyatımda indi bir xatirədirsə, onda Məhəmməd adlı bir uşağın gəlibFüzuli kimi bir şair olana qədər nələrdən keçdiyinin özü mənə görə möcüzə birömür yaşamaqdır. Zamanını, daha doğrusu, həmin o uşaqlıq və gənclik illərini,dostlarını, yaxın ətrafını elə həmin o qayğısızlığın qoynunda buraxıb gələn Məhəmməd - Füzuli yüksəkliyindənonlara üz tutanda akademik Kamal Abdullanın təbirincə desək, bir zamanınşad-xürrəmliyi, azad yaşamı ona bir həsəd yaşadır. Bütün bunlar da, yəni həsəd,həsrət, azadlıq, bir sözlə, həyatın gerçək üzü bütün dünyanın dərdlərinə könülverən, qol açan bir şairi ucaldır. Onun böyüklüyünü, əyilməzliyini tarixiləşdirir.Gerçək olan sözün özündə də ifadəsini tapır.

Və mən

Məcnundan artıq aşiqliyi olanFüzulinin dünyalarca dərdi çəkmək gücünə qadir olduğuna bütün varlığımlainanıram. Və bir də akademik Kamal Abdullanın bu essesinin işığında görürəm ki,Füzulinin təəssüfünün özü də hardasa bir tərənnümdü, bir səmimi etirafdı.Yaşamın Füzuli kimi etirafı!..

Bəli, bir tiflin cövlan etməsi,bir uşağın əylənməsi Füzuli baxışı altında, Füzuli ruhu fonunda öz adi məcrasından bir ali mərtəbəyə yüksəlir. Bu, yerlə göy arasında öz sözünüişığa çevirən Füzuli hikmətidir, Füzuli qüdrətidir. Ona sonsuz sayğılar!Akademik Kamal Abdullaya isə məni Füzulidərslərinə yönəltdiyi üçün təşəkkür edirəm.


TƏQVİM / ARXİV