adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Düşmənin ordusu qorxaqdır, amma biz qorxaq millət deyilik"-deyən erməni polkovnikə CAVAB

836 | 2024-04-18 12:32

2-ci Ordu Korpusunun Baş Qərargahının keçmiş komandir müavini, ehtiyatda olan polkovnik Mihran Maxsudyan "Hraparak" nəşrinə müsahibə verib.
Jurnalistin "Siz uzun illər Silahlı Qüvvələrdə xidmət etmisiniz, əsgərlərimiz Tavuşda Azərbaycana təhvil veriləcək kəndlər uğrunda döyüşməyə hazırdırmı? sualını belə cavablandırıb:" Əminəm ki, hərbi-siyasi rəhbərlik döyüşə getmək əmri verərsə, Silahlı Qüvvələr qarşıya qoyulan vəzifəni yerinə yetirməyə hazırdır.

Hesab edirəm ki, xalq da torpağımızı, dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq üçün Silahlı Qüvvələrin yanında olacaq. Əminəm ki, ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək. Voskepar (Əskipara) kəndi1992-ci ildə Ermənistan üçün bir qapı idi və qələbənin simvolu idi. Kənd bu müharibədə də qələbə simvoluna çevriləcək. Mən öz xalqıma, erməni millətimə arxayınam. Biz birləşməliyik, birləşmək bizə lazımdır, artıq vaxt yetişib".
Daha sonra jurnalist "44 günlük müharibədə Azərbaycan ordusuna qarşı vuruşmusunuz, onların silahlı qüvvələrinin döyüş vəziyyətini və xarakterini necə xarakterizə edərdiniz? sualına bu dəfə polkovnik "polnu" pafos püskürdüb. O deyib:" Azərbaycan ordusu qorxaqdır, bizim bir əsgərimiz onların 10 əsgərinə qarşı döyüşə bilər. Hazırda erməni ordusu 2020-ci ildə məğlub olduğu kimi deyil. Həmin müharibədə ordumuz bir neçə dövlətə qarşı döyüşüb. Azərbaycan milləti qorxaq idi, qorxaq olaraq qalır, məhz bu gün bizi qorxutmağa çalışırlar, amma biz qorxaq millət deyilik".
Erməni polkovnikin bu açıqlamasına xeyli şaqqanaq çəkib güləndən sonra bir faktı xatırlamağı özümə borc bildim. Deməli, s"arsaxın keçmiş bprezidenti, hazırda bizim "padvalımız"da çay içən Arayik Artyunyan müharibədən sonra FB -da yazırdı:" 44 günlük müharibə dövründə “Hadrutdan 1500 erməni hərbçisi bir neçə türk kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”.

P.S.İndi Azərbaycan orduğunun qabağından qaçan 2-ci Ordu Korpusunun Baş Qərargahının keçmiş komandir müavini, ehtiyatda olan polkovnik Mihran Maxsudyan belə bir müsahibə verməsi başa düşüləndir! Xəstədilər axı. Düşünmürlər ki, 30 ildi başlarını ayının pəncəsinə qoyub Qarabağda kef eləmək hələ qəhrəmanlıq deyil. Ayı yastığa dönmüş pəncəsini götürəndən sonra "qəhhhhrəmanlıq" ortaya belə çıxır.Bütün dünya bildi ki, I Qarabağ müharibəsi dövründə Rusiya hərbi birləşmələri və texnikası ilə Ermənistanın yanında oldu. Amma Vətən müharibəsində bu baş vermədi.

Ermənistan Azərbaycanla təkbətək döyüşə girdi. Yox əgər deyirsən ki, "ordumuz tək Azərbaycana yox, bir neçə dövlətə qarşı döyüşüb" o zaman bunu sübut edin... Məsələn 2020-ci ilin 44 günlük müharibəsindən sonra savaşı izləyən heç bir xarici ölkə Azərbaycan ərazisində başqa bir dövlətin nümayəndəsini görmədiyini təsdiqlədi. Yəni, ən azından ortaya fakt qoya bilmədilər.

Bir toplum ki, dirəşəki, Qara Qarayev erməni bəstəkarıdır, Sarı gəlin erməni mahnısıdır, Qarabağ erməni torpağıdır, dolma, bozbaş, küftə erməni yeməyidir .... Day bunlardan - belə ağır şizofreniya xəstələrindən nə gözləyə  bilərik ki?  Amma, öz aramızdır, itin ağlına gəlməyən bunların ağlına gəlir... Bunlardan nə desən, gözləyə bilərsən...
Allah və torpaq ayıblarınızı örtsün!

 Əntiqə Rəşid

TƏQVİM / ARXİV