adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

“Sovetin səssiz işğalı: 9 min kv.km.də qurulan Ermənistan bu gün niyə 29,8 min kv km –dir?”- MÜSAHİBƏ

1896 | 2024-05-01 11:59

Bu gün masada Gədəbəy rayonunun Başkəndi kəndi  var. Daha doğrusu, ermənilər bu qədim Azərbaycan yurduna iddalıdırlar. Bu günlərdə  Ermənistan höküməti geri təhvil verdiyi 4 kəndimizə qarşılıq bu qədim türk obasını tələb edir. Rəsmi orqanlar susmuş kən, tarixdən xəbəri olmayanlar Başkəndi “strateji əhəmiyyəti yoxdur” deyib onu artıq ermənilərə təhvil vermək üçün hazırlayır.

Ümumiyyətlə son günlər Azərbaycan və Ermənistan sərhəddindəki gərginlik həm mediamızın, həm də sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzindədir və ən çox müzakirə edilən mövzulardandır. Bu müzakirələrdə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin fikirlərinin önəmi yenidən ona müraciət etməyimizə şərait yaratdı.
-Zaur müəllim, düşünürəm ki, Başkəndin ermənilərə verilməsini adi hal hesab edən deputatlar bu yurdun kimə məxsus olduğunu bilməyiblər. Belə olan surətdə adi vətəndaşların bilməməsi heç də qınanılası deyil. Bəlkə, Başkəndin kimə məxsus olduğunu bir də xatırladasınız?

- Bəli, Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana 1920-ci ildə bağışlanıb. Yəni, bu qərarın hər hansı konstitusion - hüquqi əsası yoxdur.Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.

İrəvan mahalında yaradılmış və 9 min kv.km. əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb. 1813-28-ci illərdə hayların Qafqaza yerləşdirilməsi bu kənddə də ağır nəticələrə gətirib çıxarıb. Beləki, Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə nadir halda köçüb və yaşayıb. Əlbəttə bu fakt Başkəndin ermənilərə aid olmadığının sübutudur.


- Zaur müəllim, deməli, erməni mənbələrində adı Artsvaşen (ermənicə: Qartalkənd) kimi Başkəndin tarixini ermənilər 1905-1906-ci ildən qeyd edirlər və utanmadan yazırlarlar ki. Başkənd eksklavdır. Amma onu da etiraf edirlər ki, kəndin əhalisi 1873-cü ildə 1015 nəfər olub. Yəni, 1859-cu ildə ora erməni köçürülməmişdən əvvəl orada 1015 azərbaycanlı yaşayıb.Təbii ki, erməni olaraq qəsdən orada azərbaycanlıların yaşadığını yazmasalarda xırda bir araşdırma Başkəndin kimə məxsus olduğunu ortaya qoyur.

- Əlbəttə, Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə nadir halda köçüb və yaşayıblarsa, bura haradan ermənilərə aid oldu?Mən həmin deputatlarımıza da sual verdim: Bilirsinizmi, ermənilər Başkəndə necə yerləşib?Yerli Azərbaycanlı bəylərdən icazə alaraq, hissə-hissə. Ermənilər Amerika, Fransa, Rusiya və İrana o dövrdə köçüb icmalarını qurublarsa, o torpaqlar onların sayılır? Yaxud icma olubsa, Başkənd Azərbaycanın göbəyində ermənilərin necə tarixi torpağı ola bilər?

Azərbaycan 1991-ci ildə müstəqilliyini təkrar elan edəndə BMT ərazi bütövlüyümüzü təsdiq edəndə də Başkənd Azərbaycan ərazisi idi. Və ordumuz haqlı olaraq 1992-cü ilin avqustunda Başkəndimizi erməni işğalçılarından azad edib.Qeyd edim ki, Ermənistan arxivləri Başkəndi Azərbaycan ərazisi olduğunu təsdiq edir.
Ermənistanın Dövlət arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbəttə, biz Azərbaycan yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərsəydik , qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay- küy salmasınlar. Həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib.

Ermənistana və Gürcüstana pay kimi, sənədsiz və rəsmi qərarsız verilən ərazilərin də adları çəkilir. Sənədə fikir verin.Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə təşkilatının 5 avqust 1929-cu ildə Tiflis şəhərində keçirilən görüşünün 5 saylı protokolunda əks edilib bu məlumatlardır.Ermənistan arxivində fond 112, opis 2, sənəd 1412, vərəq 35-38, topoqrafik nüsxə kimi qeydiyyata alınıb..


-Bir erməni politoloq var , adı Artur Xaçikyan. O bildirib ki, dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır. Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb. Zaur müəllim, bir tarixçi olaraq bu açıqlamaya münasibətiniz maraqlı olardı.

-Bayaq qeyd etdim: 1920-ci ildə yaradılan 9 min kv.km. əraziyə malik olmuş Ermənistan Respublikasının ərazisi hazırda Paşinyanın dediyi kimi 29,8 min kv kmdir. Yeri gəlmişkən, Zəngəzurun ermənilərə verilməsinin memarı ABŞdır. Azərbaycan Cümhuriyyətinin qurucularını aldatan isə ABŞ ordusunun polkovniki, Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi V.Haskelin müavini polkovnik Ceyms Rey idi.

Qısa desək Zəngəzurun və hətta Naxçıvanın ermənilərə verilməsi planı ABŞ-ın istəyi və planı idi, bu planın reallaşması və həyata keçməsi üçün təlimat alaraq bura göndərilən Ceyms Rey idi. Zəngəzurun 1919-cu ildə Ermənilərə verilməsini göstərən, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramasının surəti və müqavilə hələ də durur.


Azərbaycan 1920-ci ildə işğal edilərkən ərazisi 114 min kvadrat kilometrə yaxın idi. Bunu təsdiq edən sənədlər, xəritələr var 1922-ci ildə Dilican ərazisi və Göyçə ərazisinin qalan torpaqları da Ermənistana bağışlanıb.
 1929-cu ildə Naxçıvan MR-in 657 kv.km torpaq sahəsi - 11 kəndi, Zəngilan rayonunun 3 kəndi Ermənistana verildi. Bundan əlavə, həmin illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və başqa yaşayış məntəqələri də Ermənistanın ərazisinə birləşdirildi.

1938-ci ildə Zaqafqaziya MİK Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi. Yaxudda Basarkeçər rayonu -1930-cu il sentyabrın 9-da yaradıan rayon 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis adlandırılıb.Ərazisi 1151 km²-dir. Ermənistan SSR-nin rayonlaşdırılması ilə əlaqədar Göyçə mahalının kəndləri əsasən Vardenis və Krasnoselsk rayonları tərkibinə daxil edildi. Sizcə, Artur Xaçikyan bu faktları bilmir ki? Bilir və həyəcan keçirir.

-Zənnimcə, Ermənistan Respublikasını 9 min kv.km-lik ərazisinə qovuşdurmağın vaxtıdır.


-Bəli! Əgər həqiqət məsələsini müzakirə edirlərsə, onda bu ərazilər necə olacaq? Ona görə bu proses zamanı Azərbaycan tərəfi 1974-cü il xəritəsini yox, Sovetlərin Azərbaycanı işğal etməsindən sonra, yəni 1974-cü ilə qədər olan əraziləri gündəmə gətirməlidir.
SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kv.km olub. Yəni, təxminən 26 min kv.km torpaqlarımızı SSRİ dövründə itirmişik.


- Zaur müəllim, ətraflı məlumata görə, təşəkkür edirik!

 Söhbətləşdi Əntiqə Rəşid

 

TƏQVİM / ARXİV