adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 May 2024 11:14
2072
MƏDƏNİYYƏT

Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Məktəbinin 95, Bakı Xoreoqrafiya Akademiyasının 10 illik yubileyi və Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında akademiyanın orta ixtisas təhsil pilləsinin buraxılış-hesabat konserti keçirilib.

Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin nümayəndələri, ictimai və mədəniyyət xadimləri, Yeni Azərbaycan Partiyasının nümayəndələri, xarici qonaqlar, BXA-nın tələbə-müəllim heyəti və digər qonaqlar iştirak ediblər.

Buraxılış-hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin, orta ixtisas təhsili pilləsinin məzun və tələbələrinin ifasında L.Minkus “Bayaderka” baletindən səhnələr, Sami Yusif "Rəngarəng düşüncə", "Dagmar Vals", Ü.Hacıbəylinin “Koroğlu” operasından Saray qızlarının rəqsi, P.Çaykovskinin “Yatmış gözəl” baletindən Pərilərin variasiyaları, “Qaytağı” xalq rəqsi, "Jetiqen" Qazax xalq rəqsi, C.Quliyev”Yallı” və digər müxtəlif rəqs kompozisiyaları nümayiş olunub. 

Qeyd edək ki, buraxılış-hesabat konsertinin bədii rəhbəri BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadədir.