adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Düşmənçiliyi körükləyən dindar:"Mübarizə edək, Artsax, Voskepar, Krants bizimdir"

648 | 2024-05-02 11:19

Tavus bölgəsinin yeparxiyasının lideri, arxiyepiskop, radikal erməni din xadimi Baqrat Qalstanyanı yəqin ki, artıq Azərbaycanda tanımayan yoxdu. Qatı millətçi, irqçi olması onu əqidəcə terrorçu R. Köçəriyandan, S. Sarkisyandan, Manuçarovdan və Zori Balayandan və digər türk düşməni olan ermənilərdən  fərqləndirmir.

Onun “Artsax”a hər dəfə gəlişi orada yaşayan erməniləri bizə qarşı həddindən artıq aqressivləşdirib. Onun sonuncu dəfə “artsax”la bağlı, Qarabağı könüllü olaraq tərk edən ermənilərə müraciətində də onları mübarizəyə çağırması ilə yadda qaldı: " Bir fəlakət oldu, dəhşətli fəlakət, vətənini itirdin. Əgər bilmirsinizsə, sizə deyirəm, siz vətəninizi itirmisiniz! İstəsəniz də, istəməsənizdə heç nə olmamış kimi davransanız, davamlı olaraq təhqir olunan, alçaldılan, haqları tapdanan, diz çökdürülən, məsxərəyə qoyulan, bir kütlə olacaqsınız".


Uzun sözün qısası, Qarabağdakı ermənilər “Müqəddəs” Baqratın ağzı ilə yollarını ölçmədilər, öz bildiklərini etdilər. Yəni Ermənistana təşrif apardılar. İndi isə bu “müqəddəs” erməni sərhəd kəndinin sakinlərinə müraciətində revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıır.

Moizələrinin birində dedi ki, Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb:" O, mübarizə və qələbə rəmzinə çevrilməlidir".

Sağ olsun Ermənistan baş naziri , o da Bağratın ağzı ilə heç nə ölçmədi. Voskeparı Əskipara elədi.Baqrat qaldı bağıra-bağıra...

İndi də bu separatçı Krants(Çaykənd) əhalisinin yanında onları qızışdırmaqla, sərhəd dirəkləri qurmağa çalışan erməni hərbi qüvvələrinə hücum etməklə qan salmağa çalışır. Nəisəki Baqratın çox “attanıb –düşməsi” Ermənistan hökümətinin də xoşuna getmədi. Bir gün Azərbaycanla sərhəd quraşdırılan ərazidə Baqratın əlini-qolunu bağlayıb attdı “içəri”... Yəni təcridxanaya.

Erməni mediası yazır: "Aprelin 29-da bir sıra KİV-lər Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın Tavuşda “bizneslə” məşğul olması və “Viçina” adlı ənənəvi ət istehsalının sahibi olması barədə məlumat yayıb.
Xəbəri əvvəlcə baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” nəşr edib, daha sonra hökumətyönlü media qurumları Medianews , Araratnews.am və Civic.am xəbər yayıb .
Məlum olub ki, Tavuş yeparxiyasının rəhbərinə aid edilən ət istehsalı təxminən bir il yarımdır dayandırılıb və Baqrat hətta istehsalın yaradılmasında iştirak edib , lakin şəxsi gəlir əldə etməyib.


Tavuş Yeparxiyasının lideri Baqrat Tavuşda Azərbaycanla sərhədin qismən demarkasiyası ilə yanaşı, sərhəd kəndlərində başlayan etirazlarda fəal iştirakı ilə seçilir. Qalstanyanın bu fəaliyyətinə cavab olaraq bir sıra hökumətyönlü xəbər agentlikləri, Telegram və YouTube kanalları Qalstanyan haqqında heç bir faktla təsdiqlənməyən yeni tezislər təqdim edirlər.
Həmin nəşrlərdə Baqrat “KQB agenti” olmaqda, “Kremldən milyonlarla dollar almaqda” və digər “qeyri-qanuni əməllərdə” ittiham olunur. Lakin yayılan iddiaların çoxunun heç bir faktiki əsası yoxdur”.

Həm də məlum olub ki, Baqrat baş nazir olmaq istəyi ilə çırpınır. Ona görə də ermənilərin içərisində onlara xoş getmək, nüfuzunu artımaq, xalqının sevgisini qazanmaq üçün belə müxalif yönlü fəaliyyət göstərir. Baqratın bu istəyini də rəsmi orqanlar heçə-puça çıxardıb. Media yazır: “Ermənistanın bir möhtərəmin dövlət başçısı olması üçün dini dövlət olmadığını deyənlər, bəlkə də bilmirlər ki, möhtərəm Baqrat hazırkı Konstitusiyaya görə, ikili vətəndaş olduğu üçün baş nazir postuna iddia edə bilməz.

Ermənistan və Kanada vətəndaşlığı. O, Erməni Apostol Kilsəsinin Kanada Yeparxiyasına rəhbərlik edərkən Kanada vətəndaşlığını alıb. 2003-cü ildə May ayında Kanada Erməni Yeparxiyasının 20-ci parlament assambleyası onu Kanada Erməni Yeparxiyasının rəhbəri seçib və o, 10 ilə yaxın yeparxiyaya rəhbərlik edib. 2013-cü ildə Ermənistana qayıdıb”.


P.S. Yeri gəlmişkən deyim, bu söhbətin bir maraqlı tərəfi var. Deməli, ermənilərdə arxiyepiskop mütləq gərək subay olsun, heç vaxt evlənməsin.. Baqrat da evlənməyib. Şükür ki, bunun kimi terrorçu əqidəli bir ermənin də kökü belə kəsiləcək...


Əntiqə Rəşid

TƏQVİM / ARXİV