ABŞ Prezidenti Donald Tramp 2016-cı ildən bəri Çin Xalq Respublikasının Sədri Si Cinpinlə qarşılıqlı hörmətə və iki xalqın maraqlarına əsaslanan möhkəm dostluğun olduğunu bildirib.
Adalet.az xəbər verir ki, o bu barədə Ağ Evdə Çin lideri ilə görüşü zamanı deyib.
"2016-cı ildə ilk dəfə seçildiyim vaxtdan sədr Si ilə qarşılıqlı hörmətə və xalqlarımızın həyati maraqlarına əsaslanan həqiqətən möhkəm dostluq münasibətləri qurmuşuq", - Tramp bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində onlar Almaniyadan Argentinaya, Yaponiyadan Cənubi Koreyaya qədər dünyanın müxtəlif ölkələrində, həmçinin Pekin və Floridada görüşüblər.
"Lakin diqqətəlayiq haldır ki, bu, bizim burada, Ağ Evdə ilk birgə görüşümüzdür və Sədr Sinin artıq gördüyü kimi, onun sonuncu dəfə burada olmasından bəri çox şey dəyişib", - ABŞ lideri qeyd edib.
Tramp həmçinin bildirib ki, Si Cinpin ABŞ-yə ikinci rəsmi dövlət səfərini edən ilk Çin lideri olub.


Bakı -°C
