adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Dekabrın 1-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO

329 | 2022-11-30 14:24

“Qəddar gecə” kriminal komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 1-dən etibarən ABŞ istehsalı olan “Qəddar gecə” kriminal komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Tommi Virkola.

Baş rollarda: Devid Harbor, Beverli Di Anjelo, Con Lequizamo, Kem Jiqande, Brendan Fletçer.

Xronometraj 115 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Bir qrup muzdlu varlı bir ailənin mülkünü ələ keçirir. Ailəni və Miladı xilas etmək bu gün yaxşı əhval-ruhiyyədə olmayan Santa Klausa qalır.

Müstakbel damat” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Müstakbel damat” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: İlker Ayrık.

Baş rollarda: İlker Ayrık, Erdal Özyağcılar, Hande Soral.

Xronometraj 115 dəqiqə. Yaş həddi 14+

Film haqqında qısa məlumat: Həsənlə Səma uzun müddətdir ki, görüşürlər. Toyla bağlı söhbətlər yalnız Səmanın hamilə olduğu bilinəndə başlayır. Həsənin etməli olduğu ilk iş, Səmanın Kiprdə yaşayan ailəsi ilə görüşmək və onlardan bu evliliyə razılıq almaqdır. Amma Kiprdəki həyat Həsənə çox qəribə gəlir. Özünü burada necə aparmalı olduğunu bilməyən Həsən daima gülüş dolu vəziyyətlərə düşür. Nəticədə “müstakbel damat” Kiprdəki dinc həyatı alt-üst edir.

“Kədər üçbucağı” komediya filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Kədər üçbucağı” komediya filminin nümayişi başlayır.

Filmin rejissoru: Ruben Estlund.

Baş rollarda: Harris Dikinson, Çarlbi Din Krik, Vudi Xarrelson.

Xronometraj 160 dəqiqə. Yaş həddi 18+

Film haqqında qısa məlumat: Film lüks kruizə dəvət olunan model cütlük Karla və Ya haqqındadır. Yaxta batan zaman onlar bir qrup milyarder və xadimə ilə birlikdə kimsəsiz bir adaya düşürlər. Yaşamaq üçün mübarizədə xadimənin qrupda balıq tutmağı bacaran yeganə adam olduğu aydınlaşır və bununla da statuslar yerlərini dəyişirlər.

“Şelkunçik və sehirli fleyta” cizgi filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 3-dən etibarən Rusiya istehsalı olan “Şelkunçik və sehirli fleyta” cizgi filminin nümayişi başlayır.

Filmin rejissoru: Viktor Qluxuşin.

Baş rollarda: Fyodor Fedotov, Lyubov Aksyonova, Pyotr İvaşenko.

Xronometraj 100 dəqiqə. Yaş həddi 6+

Film haqqında qısa məlumat: Gözəl Mari təsadüfən hiyləgər siçovulların hakimiyyəti ələ keçirdiyi heyrətamiz bir krallığa düşür. Xoşbəxtlikdən o, tək deyil. Onunla əsl dostları - quzu Buruq və dəvəquşu Qırmızı dimdik, həmçinin Şelkunçik - Corc adlı sehrli şahzadə də var. Onları gizli sirlərlə dolu başgicəlləndirici macəra və mistik canavarlarla qarşılaşma gözləyir. Və əlbəttə ki, möhtəşəm bal-maskarad! Lənəti məhv edib, Marini evə qaytarmaq üçün onlar bütün maneələri dəf etməli və səhər açılanadək sehrli fleytanı tapmalıdırlar.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

IOS və Android əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012 499 89 88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

TƏQVİM / ARXİV