"Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçib və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır"
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, pensiya məbləğlərində artım tendensiyası davam etməkdədir:
"2025-ci ildə pensiya məbləğləri 9.1 faiz artaraq 541.6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8.9, əlilliyə görə pensiya məbləğində 8.7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9.4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanları sayı 4.1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alırlar. Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub.
Son təşviqedici dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı 40 faiz artıb. İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsi imkan yaradıb. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır".


Bakı -°C
