Azərbaycanda bu şəxslər 2 min manatadək cərimələnəcək
Qrant alınması və ya verilməsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimlər müəyyənləşəcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının resipiyentləri, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qrant haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsinə əsasən, eyni əmələ görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
17 Mart 2026 13:30
Yeniyetmələrin dilənçiliyə cəlb edilməsinə görə cərimə 5 dəfə artırılır
17 Mart 2026 13:20
Ölümlə nəticələnən yol qəzaların yarısı piyadavurma hallarıdır
17 Mart 2026 13:15
Süni intellektlə seksual məzmunlu material hazırlayanlar 7 ilədək həbs ediləcək
17 Mart 2026 13:14
Bu foto və videoların internetdə paylaşılması qadağan edilir
17 Mart 2026 12:59
Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
17 Mart 2026 12:55
""Qrant haqqında" qanuna dəyişikliklərin edilməsi zəruridir" - Nazir müavini
17 Mart 2026 12:26
Sabah yağış, qar yağacaq
17 Mart 2026 12:16


Bakı -°C

