Ölümlə nəticələnən yol qəzaların yarısı piyadavurma hallarıdır
Azərbaycanda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür.
Adalet.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.
O bildirib ki, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin davranışı ilə deyil, hərəkətdə iştirak edən hər kəsin məsuliyyəti ilə təmin olunur. Bu baxımdan piyadaların davranışı da ümumi təhlükəsizlik mühitinə birbaşa təsir göstərir:
"Aparılan təhlillər göstərir ki, ölkəmizdə baş verən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin təxminən yarısı piyadavurma hallarının payına düşür. Bu göstərici piyadaların yol hərəkətindəki davranışına daha diqqətlə yanaşmağın vacibliyini ortaya qoyur.
Təəssüf ki, bəzi hallarda piyadalar tərəfindən yolu nəzərdə tutulmayan yerlərdən keçmək, hərəkət hissəsinə qəfil daxil olmaq, diqqəti yayındıran vasitələrdən istifadə etmək kimi davranışlara yol verilir. Bu cür halların hər biri isə riskin artmasına səbəb olur.
Nəzərə almaq lazımdır ki, yol hərəkətində üstünlük hüququ hər zaman təhlükəsizlik demək deyil. Ən vacib amil diqqətli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və qaydalara əməl etməkdir. Çünki baş verən toqquşmalarda ən ağır nəticə ilə üzləşən tərəf məhz piyadalar olur.
Yol hərəkəti qaydaları insan həyatının qorunmasına xidmət edir. Bu qaydalara əməl etmək isə hər birimizin üzərinə düşən məsuliyyətdir".
Digər Xəbərlər
17 Mart 2026 13:30
Azərbaycanda bu şəxslər 2 min manatadək cərimələnəcək
17 Mart 2026 13:30
Yeniyetmələrin dilənçiliyə cəlb edilməsinə görə cərimə 5 dəfə artırılır
17 Mart 2026 13:15
Süni intellektlə seksual məzmunlu material hazırlayanlar 7 ilədək həbs ediləcək
17 Mart 2026 13:14
Bu foto və videoların internetdə paylaşılması qadağan edilir
17 Mart 2026 12:59
Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
17 Mart 2026 12:55
""Qrant haqqında" qanuna dəyişikliklərin edilməsi zəruridir" - Nazir müavini
17 Mart 2026 12:26
Sabah yağış, qar yağacaq
17 Mart 2026 12:16


Bakı -°C

