adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"Cihad" edən "Kor ərəb"lər

ANAR ALBƏNDƏYEV
46665 | 2013-08-30 17:17
II Dünya Müharibəsindən başlayıb, üstünlüyü qəbul olunmayan, Hitlerin manyaklığının qurbanı olan yəhudilərin faciəsindən istifadə edən Qərb onları Orta Şərqə köçürdü. Məqsəd təbii sərvət idi. 
Parazit həşəratlar yaradan qan əmən kimi, münaqişə ocağı yaradıb, "humanizm" maskasının ardında gizlənərək Şərqdən illərcə faydalandılar. Ziyan çəkən isə eyni kökün, tarixən dəyişmiş də olsa eyni inancın və mədəniyyətin daşıyıcıları olan, qan qohumu olan iki qövm - İsrail övladları və Ərəblər düşmən oldular. Yəhudilərin Qərbə qarşı yaranmış qəzəbini ərəblərə qarşı çevirərək və ərəblərin "kim hansı istiqaməti göstərsə o istiqamətə gedən" xüsusiyyətlərindən çox gözəl istifadə edərək bir əsrlik bir münaqişə yaratdılar. Müharibədə əsgər ölməli olduğu halda, əsgərlərin min qatı günahsız insanlar - qadınlar, uşaqlar öldü. Əmi uşaqları sayılan yəhudilər və müsəlmanlar öldülər. 
Bu müddət ərzində rçakı əldə saxlamaq üçün dəstək alan İsrail artıq stabil bir dövlətə çevrildi və öz siyasəti formalaşdı. Və təbii ki, artıq İsrail Qərb üçün alət rolunu oynaya bilmirdi. 
Sıra gəldi çatdı ərəblərə: 
Başı neftin gəlirlərini xərcləməyə qarışmış, Şeyxləri və öncülləri Qərbin kənardan gözəl görünən çirkabında - otellərində, gecə klublarında, fahişəxanalarında islamı məsğərə mövzusuna çevirərkən, "kim hansı istiqaməti göstərsə o istiqamətə gedən", Qərbə getməyə neft pulu tapmayan ərəblər terrorizmi müsəlimanlığın simvoluna çevirdilər. İndi isə yeni bir ərəb meydana çıxdı. 
Qərbdə kef edən Şeyxlərin, "kim hansı istiqaməti göstərsə o istiqamətə gedən" "ağıllıların" ardından gələn bu ərəb "kafir ərəb" oldu. Kimə qarşı, nə üçün vuruşduğunu dərk etməyən, cihad adı ilə öz din qardaşını öldürən, bunu özünə fəxr bilən ərəb. Yeddi əsr islamı göylərə qaldıran tüklərin imperiyasının dağılmağından heç bir əsr keçmədi ki, bunlar İslamı elə dağıtdılar ki, heç Qərb Osmanlını o cür dağıtmamışdı. 
Ama bir fərq var idi: Qərb nəyi,nə üçün dağıtdığın bilirdi. Və əlbəttə ki, kim üçün - özü üçün. Amma bu ərəblər... 
Fikrət Əmirov uzaqgörən adam imiş. Bu ərəblər "KOR ƏRƏB"lərdir...

TƏQVİM / ARXİV