adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

CANIMIZA HOPMUŞ AZADLIQ EŞQİ

FƏRİDƏ RƏHİMLİ
73602 | 2017-01-19 18:57

Bizzaman-zaman dərdlərdən, qəmlərdən qurtulmağa, qaçmağa, qorunmağa can atmışıq vəçalışmışıq ki, savaşlardan uzaq olaq, baş verənlərə bir az soyuqqanlı yanaşaq,onu saf-çürük edək. Təbii ki, bütün bunlar da bizə heç də asan başa gəlməyib.Çünki istəklərə doğru addımlamaq qarşı tərəfin, yəni, mane olan qüvvələrin,bütövlükdə isə əks-təsirin gücü ilə üz-üzə gəlir. Deməli, belə olduğu haldı bizdə təbii ki, daha çox güc, daha çox enerji səf etməli oluruq. O vaxta qədər ki,istəyimizə qovuşaq.

Müstəqillik verilmir, zorla alınır! - deyiblər.Bu mənada biz bir dövlət, bir xalq olaraq həmişə can atdtğımız azadlığımızı,müstəqilliyimizi heç vaxt hədiyyə kimi, bəxşiş kimi əldə etməmişik. Yəni, onubizə bağışlayan, əta edən olmayıb. Biz onun üçün qan tökmüşük, vuruşmuşuq.Tökülən qanlar da şəhid ruhların, arzuların, istəklərin göyərməsinə, çiçəklənməsinəsəbəb olmaqla və bizim özümüzdə, öz mənimizdə yenidən həyat vəsiqəsi qazanıb.

Düz27 il bundan öncə müstəqillik və azadlıq naminə meydanlara yığışan insanlar, yənibütövlükdə bir araya gələn Azərbaycan, əldə etmək istədiyi o böyük AZADLIGI qanbahasına qazandı. İmperiyanın süngüsü, topu, tüfəngi qarşısına əliyalın çıxdı,gözünü də qırpmadı. Çünki, onuniçindəki yatmış şir oyanmışdı. İndi o qəfəsinə sığmırdı. Topu-tüfəngi görmürdüvə yaxud da görmək istəmirdi. Zaman onun Zamanı idi, Meydan onun Meydanı idi,Söz onun, Qərar onun idi!

İnsan o vaxtıgüclü, əyilməz olur ki, məhz içindəki həmin o istəyi, o şiri oyada bilir. Ondaheç nə gözə görünmür, yalnız son məqsəddən başqa. Tökülən qan onda səni daha damətinləşdirir, daha da cəngavər edir. Daxilindəki o şir qisası qiyamətə qoymur,səni qanın, topun-tufəngin üstündən keçirib son mənzilə, son məntəqəyə aparır.O yerə ki, orada sənin bayrağın dalğalanır. Daha doğrusu, o yerə ki, sən Müstəqilliyinin,Azadlığının bayrağını sancırsan.

20 Yanvar1990-cı il. Bu tarix bizdən nə qədər uzaqlaşsa da, bir o qədər də yaxınlaşır. Vəmən həmin gün meydanlarda şəhid olanların ruhu qarşısında baş əyməklə heç də özçiynimə düşən yükü necə daşıdığımı etiraf etmirəm. Çünki bu daşınan yük haqqyüküdü. Bir millətə, bir torpağa aid olan yükdü. Onu hər kəs özünün gedib çatabiləcəyi yerə qədər aparmalıdı. Özü də kimlərəsə minnət qoymadan. Sadəcə bu günhəmin şəhidlərin adını bir-bir saymaq, xatırlamaq zənnimcə o qəhrəmanlığı, oxidməti kiçiltmək demək olardı. Çünki o qəhrəmanlıq bütöv bir xalqa məxsusdu. Oqəhrəmanlıq bütöv Azərbaycana aiddi. Şəhid olanlar da bu millətin, bu Azərbaycanınbir parçasıdı. Yəni, günəşin zərərrələridi.

27 ilin uzaqlığıbizi o günə daha çox yaxınlaşdırmaqla o günün canımızda, qanımızda olan təlaşını,həyəcanını ağrı-acısını və ən vacibi isə bəxş etdiyi böyük Xoşbəxtliyi, yəniAzadlığı həyatımıza, qayəmizə çevirdi. Biz Müstəqlilliyimizi, Azadlığımızıqram-qram deyil, qanımız bahasına bütöv aldıq. Bunu bizə Bütöv Azərbaycan vəonun zərrələri olan, Azərbaycanın şəhidlik zirvəsində yaşayan övladları bəxşetdi. Ruhunuz şad olsun, Şəhidlər!!!



TƏQVİM / ARXİV