“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTOLAR
“Bakcell”in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib.
Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqlar barədə fikirlərini bölüşüb.
O, həmçinin 35 ildən artıq beynəlxalq idarəetmə təcrübəsindən nümunələr gətirərək karyera inkişafı, liderlik və dəyişən biznes mühitində çevik düşüncənin əhəmiyyətindən danışıb.
“Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə uğurun əsas şərtlərindən biri daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər sabah yeni texnologiyaların və biznes modellərinin yaradılmasında mühüm rol oynayacaqlar. Biz “Bakcell” olaraq gənclərlə bilik və təcrübə paylaşımını, onların innovativ düşüncə və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyi vacib hesab edirik” , – deyə “Bakcell”in baş icraçı direktoru Qunnar Panke bildirib.
Tədbirin sonunda tələbələr Qunnar Pankeyə karyera, liderlik, telekommunikasiya sektorunun gələcəyi və süni intellektin yaratdığı imkanlarla bağlı suallarını ünvanlayıblar.
ADA Universitetinin “Senior Talks” layihəsi müxtəlif sahələr üzrə yüksəksəviyyəli rəhbərləri və təcrübəli peşəkarları tələbələrlə bir araya gətirərək onların real biznes təcrübəsi, liderlik yanaşmaları və karyera inkişafı ilə bağlı biliklər əldə etməsinə imkan yaradır.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
Digər Xəbərlər
18 Oktyabr 2026 11:40
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
17 Oktyabr 2026 09:43
8,8 milyon insanın məlumatları bu şifrə ilə oğurlanıb
15 Oktyabr 2026 23:35
Teleqramda bu da mümkün olacaq
14 Oktyabr 2026 12:34
Süni intellekt bu işləri bizdən alır - SİYAHI
13 Oktyabr 2026 10:28
Türkiyə mədəni irsin qorunması üçün yeni dron mərkəzi yaradıb – FOTOLAR
10 Oktyabr 2026 10:15
Ağıllı eynəkləri qadağan edirlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06


Bakı -°C

