adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Bu tək Razinin - Ziyanın problemi deyil, cəmiyyətimizin problemidir - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2038 | 2023-06-03 11:38

Model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülməsi mövzusu məni maraqlandıran mövzu olmasa da cəmiyyətin bir üzvü olaraq münasibət bildirmək də istəmirdim. Çünki artıq cəmiyyətdə ailə meyarları o qədər məhv edilib ki, hansısa bir qadının artıq kiminsə əri ilə sevgili (saxlantı, gəzəntə, məşuqə, metres) olması təəccüb doğurmur. Məsələn, adını qız qoyub, amma FB-dan özündən 16 yaş kiçik kişini evinə soxub, "ərimdi" deyənlər, zaqssız- kəbinsiz zina edir və "namusdan, qeyrətdən, ləyaqətdən" xalqa mühazirə oxuyursa demək ki, doğrudan da dünyanın sonu çatıb.

O "ər" bir neçə aydan sonra qaçıb öz ailəsinin yanına gedəndə "namusdan, qeyrətdən, ləyaqətdən" ağzı köpüklənə-köpüklənə danışan başlayır travma yaşamağa. Travma da Allah göstərməsin, quduzluq xəstəliyindən də ağırdı.

Bəli, el arasında qınaq deyilən bir xüsus vardı , bax o aradan itəndən sonra xarakterində şərəfsizlik olanlar meydan sulamağa başladılar.

Görün, ictimaiyyətimizdə müqəddəs bildiyimiz nəsnələr necə məhv olub: Məsələn, bir ailənin kişiləri oğru, qadını isə zina edən, yaltaq, yalançı, böhtançıdır. Bunu bəziləri bilir və bəzən bu ailəni adam yerinə qoymamaq əvəzinə hətta yaltaqlıqla onları öyür, dəstəkləyir))) Əlbətdə ki, cəmiyyət çox şeydə günahkardır!

Yeri gəlmişkən, o günü biri, tanıdığım bir ailəni FB tərifləyir))) Deyir bu ailənin kişilərinin başına dönüm. Biri də yazıb ki, balam bu ailədə kişi vardısa, niyə bacılarını müdirinin yanından(və digər yerindən ) çəkib evə sala bilmirdilər? Bacısı zinalıq edənin qardaşları gərək ölə, yerə girə" mən kişiyəm" deməyə!

Nəisə, uzun sözün qısası, bu Razi - Ziya mövzusu əslində tək Razinin - Ziyanın problemi deyil, cəmiyyətimizin problemidir. Müqəddəs hissləri boğulan cəmiyyət asta-asta uçruma gedir. Elə cəmiyyət özü də müqəddəs hissləri, tabuları yıxmaqda maraqlıdır. Çünki bir cəmiyyətdəki fahişə, nadan cahil, rüşvətxor, oğru qınanılmaq əvəzinə TV məkanları zəbt edirsə, xeyir-şər məclislərində başa keçirilirsə, hörmətlə-urvatla adı çəkilirsə gələcəkdə balalarımızı nə gözləyir... aydındır ....Allah qorusun, təxmin etdiyimiz gələcəkdən..

TƏQVİM / ARXİV