adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Britaniya ordusu 2030-cu ilə qədər hipersəs raketinə sahib ola bilər

1241 | 2024-04-28 09:39

Böyük Britaniya öz silahlı qüvvələrini yerli istehsalı olan hipersəs qanadlı raketlə təchiz etməyi planlaşdırır.

Adalet.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti xəbər verib.

"Müdafiə Nazirliyi israr edir ki, yeni silahlar tamamilə Böyük Britaniyada layihəlindirilərək istehsal olunacaq və onların xidmətə girməsi üçün 2030-cu ilə qədər son tarix müəyyən edilib", - deyə bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak bu layihəni növbəti 6 il ərzində müdafiə büdcəsinin 75 milyard funt sterlinq artırılmasının planlaşdırılan sahələrindən biri kimi müəyyənləşdirib./trend

TƏQVİM / ARXİV