Türkiyə Egey və Şərqi Aralıq dənizində mövcud məsələlərin mehriban qonşuluq münasibətləri əsasında və beynəlxalq hüquqa uyğun şəkildə həll olunmasını istəyir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
"Şərqi Aralıq dənizi Konfransı təklifimiz müştərək bir zəmin yaradılmasına töhfə verəcək. Bu vəsilə ilə, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyalarında etdiyim çağırışı bu gün bir daha təkrarlayıram:
Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq statusu təsdiq edilməli, məruz qaldığı qeyri-insani təcridə artıq son qoyulmalıdır", - o bildirib.
Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipri tanımağa və bu dövlətlə siyasi, diplomatik və iqtisadi əlaqələr təsis etməyə dəvət edib.


Bakı -°C
